Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ağcabədi rayonunun Taxtakörpü ərazindəki Ərdəşəvi, Fingə və Mişni kənd tam orta məktəblərinin kollektivləri ilə görüşmüşdür.

11 aprel 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun 2015-ci il 10 aprel tarixdə Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü ərazisindəki Şeylanlı obasında keçirilmiş görüş-səyyar qəbul başa çatdıqdan sonra  Laçın rayonunun Ərdəşəvi, Fingə və Mişni kənd tam orta məktəblərində həmin məktəblərin kollektivləri ilə görüşmüşdür. Görüşlərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və  təşkilat  rəhbərləri də iştirak etmişlər
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ərdəşəvi, Fingə və Mişni kənd tam orta məktəblərində yaradılmış guşələrə baxaraq görülmüş bu işlərdən öz razılığını bildirmiş, tədris prosesinin gedişi ilə tanış olmuş, müəllim və şagirdlərlə müxtəlif mövzularda, xüsusilə hərbi vətənpərvərlik mövzusunda söhbətlər aparmışdır.
Görüş iştirakçıları Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun  Şeylanlı obasında keçirilmiş görüş-səyyar qəbul başa çatdıqdan sonra vaxt taparaq onlarla görüşə gəldiyi üçün ona öz minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Fingə obalarında bu günlərdə başa çatmış daxili avtomobil yollarının tikintisi işlərinə baxmış, daha sonra Mişni obasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı inşasına başlanılmış modul tipli sutəmizləyici qurğunun tikintisi işləri ilə yaxından tanış olmuşdur.

Keçidlər