Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxtakörpü ərazindəki Şeylanlı obasında keçirilmişdir.

11 aprel 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun növbəti görüşü-səyyar qəbulu 2015-ci il 10 aprel tarixdə 70 nəfərin iştirakı ilə Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü ərazindəki Şeylanlı obasında Şeylanlı kənd 2 saylı tam orta məktəbinin binasının həyətində keçirilmişdir. Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri  iştirak etmişlər.
Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü işlərdən söz açmış, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər barədə  geniş məlumat vermişdir.
Görüşdə çıxış edən ağsaqqallardan Nuruş Güləliyev, Firuş Məmmədov, Vaqif Quliyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə, həmçinin Şeylanlı obasının daxili avtomobil yollarının təmiri ilə bağlı layihənin icrasına başlanıldığı üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova minnətdar olduqlarını ifadə edərək belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ həllinə imkan verdiyini vurğulamışlar.
Görüşdən sonra keçirilmiş səyyar qəbulda 17 nəfərin müraciəti ətraflı dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, verilmiş tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Görüş-səyyar qəbuldan sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Şeylanlı obasında daxili avtomobil yollarının təmiri ilə bağlı yenicə başlanılmış işlərin gedişi ilə tanış olmuşdur.

Keçidlər