Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Qaradağ rayonunun Ümid qəsəbəsində keçirilmişdir.

08 aprel 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun növbəti görüşü-səyyar qəbulu 08.04.2015-ci il tarixdə 110 nəfərin iştirakı ilə Laçın rayonundan, əsasən Laçın rayonunun Mişni kəndindən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı  Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində 7 saylı Laçın tam orta məktəbinin akt zalında keçirilmişdir. Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, Qarabağ müharibəsi veteranları, Laçın rayonunun Mişni kənd orta məktəbinin məzunları olmuş, hazırda Bakı Dövlət Universitetinin Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Fuad Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Flora Məmmədova, Azərbaycan Respublikası Təhsil Şurasının İcra Aparatının rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi, doktorant Arif İbrahimli, Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalının baş redaktorunun müavini, yazıçı - jurnalist Təranə Vahid, “Laçın” futbol klubunun üzvləri iştirak etmişlər.
Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkəmizdə və rayonda görülən işlərdən, hərbi vətənpərvərlik və ordumuzun daha da gücləndirilməsi sahəsində aparılan məqsədyönlü işlərdən söz açmış, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və siyasətin səmərəli nəticələri barədə geniş məlumat vermişdir.
Zəngin tarixə malik Laçın rayonunun Mişni kənd orta məktəbinin təqdirəlayiq fəaliyyətindən danışan Akif Səlimov bu məktəbin 200 nəfərdən  çox məzununun ali təhsil alaraq müxtəlif sahələrdə ləyaqətlə çalışmasını yüksək qiymətləndirilmiş, Qarabağ müharibəsində 80-dən çox Mişni kənd sakininin ordunun və polis  orqanlarının tərkibində erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşməsindən fəxarət hissi ilə danışmışdır.
Görüşdə çıxış edən şəhid atası Yunis Həsənov, şəhid bacısı Xalidə İsmayılova, 7 saylı Laçın tam orta məktəbinin direktoru Varaşil İbrahimov, həmin məktəbin müəllimi Venera Mirzəyeva, “Laçın” futbol klubunun baş məşqçisi Abuzər Nadirov və digərləri ərazidəki məcburi köçkünlərə göstərilən dövlət qayğısına görə Ölkə başçısına minnətdarlıq bildirmişlər. Tədbirdə iştirak edən mişnili ziyalılar Fuad Abdullayev, Arif İbrahimli, Flora Məmmədova belə bir görüşü təşkil etdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova minnətdar olduqlarını bildirərək  bu cür görüşlərin davamlı olmasından öz razılıqlarını qeyd etmişlər.
Görüşdən sonra keçirilmiş səyyar qəbulda 12 nəfərin müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, verilmiş tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Keçidlər