Sumqayıt şəhərində Laçın rayonundan olan məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir.
2015-ci il 7 aprel tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 300 nəfər rayon sakininin iştirak etdiyi görüş-səyyar qəbul Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon Mədəniyyət evində keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov sakinlərlə görüşmüş, onların problemlərini dinləmişdir.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 19 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirlərinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Tədbirdə iştirak edən rayon sakinləri ərazidə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni evlərin tikilməsini, Sumqayıtda şəhərində mərasim evinin tikilməsi, işlə təmin olunmalarını və digər problerinin həll olunmasını xahiş etmişlər. Onların müraciətlərinə diqqətlə yanaşıldığına görə məcburi köçkünlər tərəfindən Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıq bildirilmişdir.