Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlər elliklə geniş iməcilik keçirdilər.

07 aprel 2015 | 15:00

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.20-ci yarımbəndində  müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsinin təşkil olunması yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxil edilmişdir.
Bu baxımdan Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimovun müvafiq tapşırığına əsasən nəzərdə tutulmuş tədbirlərin davamı olaraq 2015-ci il 7 aprel tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin kompakt olaraq müvəqqəti məskunlaşdıqları  Taxtakörpü ərazisində geniş iməcilik təşkil olunmuş, elliklə keçirilmiş iməcilikdə  iki min nəfərdən çox laçınlı iştirak etmişdir. İməciliyə rayonunun ərazidəki bütün əmək kollektivləri və məcburi köçkünlər qatılmışlar. Təşkil edilmiş iməcilikdə Taxtakörpü ərazisindəki 552 ailəlik qəsəbənin ərazisində, Vağazin, Qarakeçdi, Şeylanlı, Ağbulaq, Mayıs obalarının yaxın ətrafında, Taxtakörpü-Mayıs avtomobil yolunun hər iki tərəfində, Qarakeçdi obasının yaxınlığındakı  qəbiristanlığın daxili və ətraf sahələrində hamılıqla təmizlik işləri aparılmış, həmin avtomobil yolunda xüsusi texnika ilə hamarlama işləri görülmüşdür. Aparılmış təmizlik işləri ərazilərə yeni görkəm vermiş, sakinlər tərəfindən razılıq və minnətdarlıq hissləri ilə qarşılanmışdır.

Keçidlər