Laçınlılar Taxtakörpü qəsəbəsi ərazisində geniş iməciliklə ağacəkmə kampaniyası keçirmişlər.
Rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları, rayonunun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının fəaliyyət göstərdiyi Taxtakörpü qəsəbəsi ərazisində 4 aprel 2015-ci il tarixdə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumirespublika Yaşıllaşdırma” marafonu çərçivəsində geniş iməcilik təşkil olunaraq ağacəkmə kompaniyası keçirilmişdir. Qəsəbə ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün parklarda, idarə, müəssisə və təşkilatların həyətlərində, 552 ailəlik qəsəbədə keçirilmiş ağacəkmə kompaniyasında əmək kolllektivləri, həmçinin rayonun sakinləri yaxından iştirak etmiş, 450 ədəd ağac əkilmişdir. Ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunmuş, sakinlərin xüsusi səliqə ilə əkdiyi ağaclar suvarılmışdır.
Ərazidə keçirilən ağacəkmə kompaniyası bütün qəsəbə sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.
Qəsəbə ərazisində ağacəkmə kampaniyası aprel ayı ərzində davam etdiriləcəkdir.