“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun iştirakı ilə ağacəkmə tədbiri keçirildi.
03 aprel 2015 | 15:00
Laçınlı məcbur köçkünlərin müvəqqəti məskunlaşdıqları Taxtakörpü qəsəbəsi ərazisində 03 aprel 2015-ci il tarixdə “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun xətti ilə 400 ədəd həmişəyaşıl ağac gətirilmiş, rayon rəhbərliyinin və “Beynəlxalq Avrasiya Mətbuat Fondu” əməkdaşlarının iştirakı ilə gün ərzində 120 ağac əkilmişdir.
“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun əməkdaşları və iməcilikdə iştirak edən digər qonaqlar növbəti ağacəkmə tədbirlərinin Laçın torpağında əkilməsini arzulamışlar.