Sabirabad və Saatlı rayonlarında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir.
02 aprel 2015-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Sabirabad və Saatlı rayonlarından ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 55 nəfər rayon sakininin iştirak etdiyi görüş-səyyar qəbul Sabirabad şəhərində Sabirabad rayon Texniki Peşə məktəbinin binasında keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov sakinlərlə görüşmüş, onların problemlərini dinləmişdir.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 15 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirlərinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Tədbirdə iştirak edən rayon sakinləri ərazidə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni evlərin tikilməsini, işlə təmin olunmalarını və digər problerinin həll olunmasını xahiş etmişlər. Onların müraciətlərinə diqqətlə yanaşıldığına görə məcburi köçkünlər tərəfindən Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıq bildirilmişdir.