Şriftin ölçüsü :

Saytın rəngi :

“Hər Laçınlı ailəsindən orduya bir zabit”

01 aprel 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun “Hər Laçınlı ailəsindən orduya bir zabit” devizi ilə əlaqədar aparılan işlərin tərkib hissəsi olaraq, şagirdlərdə hərbi - vətənpərvərlik  tərbiyəsini yüksəltmək məqsədi ilə Şəhid İslam Quliyev adına Laçın rayon Fingə kənd tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəyə ekskursiya etmişlər. Hərbi hissə zabitləri şagirdləri isti münasibətlə qarşıladılar. Ekskursiya iştirakçıları  ilk növbədə hərbi hissənin həyətində silahlara, döyüş sursatlarına baxış keçirdilər. Şagirdlərin hər biri silahlarla canlı tanış oldular. Hər bir silah və onun döyüş funksiyası haqqında zabitlər tərəfindən geniş məlumat verildi. Ən əsası erməni helikopterini məhv etmiş İlkin Muradovla görüş şagirdlərin marağına və sevincinə səbəb oldu. Həm İlkin Muradovun, həm də zabitlərin şagirdlərə silahlarla davranış qaydaları  haqqında təlimlər yüksək səviyyədə  təşkil olundu. Sonra xatirə şəkli   çəkildi. Ekskursiya iştirakçıları bir daha əmin oldular ki, bu gün güclü, qüdrətli, yüksək döyüş ruhlu nizami ordumuz var və onlar bir daha inanırlar ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, güclü ordumuzun şücaəti ilə işğal altında olan torpaqlarımız  tezliklə düşmən tapdağından azad olunacaqdır.

Keçidlər