Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir.
30 mart 2015-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Ağcabədi rayonun Muğanlı kəndinin ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 45 nəfər rayon sakininin iştirak etdiyi görüş-səyyar qəbul rayonun Muğanlı ümumi orta məktəbinin binasında keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov sakinlərlə görüşmüş, onların problemlərini dinləmişdir.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 6 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirlərinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Tədbirdə iştirak edən rayon sakinləri ərazidə yaşayan məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün yeni evlərin tikilməsini və Muğanlı ümumi orta məktəbin binasının əsaslı təmir olunmasını xahiş etmişlər. Onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirmişlər.