Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.
2015-ci il 29 mart tarixdə Rayon İcra Hakimiyyəti başçısı aparatında Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun sədrliyi ilə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər. Şuranın gündəliyi elan edildikdən sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılmışdır. Şura iclasında 2015-ci ilin yanvar-fevral və mart ayları ərzində Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olmuş vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulunun təşkili vəziyyəti haqqında, Zerti kənd inzibati ərazi dairəsi tərkibinə daxil olan Ağbulaq kəndinin adının dəyişdirilib Sarıbaba kəndi adlandırılması barədə məsələlər və cari işlər barədə ətraflı müzakirələr aparılmış, qarşıda duran vəzifələrdən danışılmışdır. İşgüzar şəraitdə keçən iclasda açıq müzakirələr, qarşılıqlı fikir mübadilələri aparılmış, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söhbət açılaraq qarşıya qoyulmuş hər bir vəzifənin vaxtında və tələb olunan səviyyədə həyata keçirilməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, müzakirə edilmiş məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.