Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
13 mart 2015-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısının Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 65 nəfər rayon sakininin iştirak etdiyi görüş-səyyar qəbul Kürdəmir şəhərində Texniki Peşə Məktəbinin binasında keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Novruz bayramı münasibətilə sakinləri təbrik etmiş, onların problemlərini dinləmişdir.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun bütün idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 12 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirlərinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Tədbirdə iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Səyyar qəbulun sonunda 97 ailəyə bayram sovqatı paylanmışdır.