Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulları keçirilmişdir

06 mart 2012 | 16:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tərəfindən 03 mart 2012-ci il tarixdə Goranboy rayonunda yeni salınmış qəsəbədə məskunlaşan laçınlı məcburi köçkünlərlə səyyari qəbul keçirilmişdir. Qəbulda rayonun ayrı-ayrı xidmət idarələrinin, müəssisə və təşkilatların rəhbərləri də iştirak etmişlər.
Ölkə başçısının qayğısı sayəsində yeni evlərlə təmin olunmuş qəsəbə sakinləri yaradılmış gözəl şəraitə görə Möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin Goranboy rayonu üzrə səlahiyyətli nümayəndəsi K.Səfərov çıxış edərək rahat və yaraşıqlı evlərlə təmin olunduqlarına görə ölkə Prezidenti cənab İlham Əliyevə bütün köçkünlər adından dərin minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda ötən görüş zamanı məcburi köçkünlər tərəfindən qaldırılan və rayonun imkanları daxilində həlli mümkün olan problemlərin vaxtında həllinə göstərdiyi köməyə görə rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşlarına təşəkkürlərini qeyd etmişdir.
Səyyar qəbulda məcburi köçkünlər onlara bir ədəd xeyir şər mağarının verilməsinə köməklik göstərilməsini bildirmiş, bir neçə imkansız ailə isə onlara ünvanlı dövlət sosial yardımı verilməsinə köməklik göstərmələrini xahiş etmişlər.
Səyyar qəbulda qeyd olunan məsələlər nəzarətə götürülərək qısa müddət ərzində həll olunması üçün aidiyyatı üzrə ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Eyni zamanda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov 07 mart 2012-ci il tarixdə Ağcabədi rayon Taxta-körpü ərazisində Qozlu, Mişni, Alxaslı, Qarıqışlaq obalarında müvəqqəti məskunlaşmış rayon sakinləri ilə görüş keçirmiş, onların problem və çətinlikləri ilə yaxından tanış olmuşdur. Səyyar qəbullarda sakinlər əsasən ərazidə yeni qəsəbənin salınmasının sürətləndirilməsini, yeni iş yerlərinin açılması kimi məsələləri və imkansız ailələrə sosial müavinətlərin verilməsi köməklik göstərilməsini xahiş etmişlər. Qaldırılan məsələlərlə bağlı sakinlərə ətraflı məlumat verilmiş Dövlət Proqramına müvafiq olaraq tezliklə ərazidə 1500 evdən ibarət ayrı-ayrı qəsəbələrin salınacağı onların nəzərinə çatdırılmışdır. Həmçinin sakinlər tərəfindən bildirilən bəzi sosial məsələlərlə bağlı, eyni zamanda gələcəkdə Kür çayında suyun səviyyəsinin çoxalması ilə əlaqədar çayın Taxta-körpü ərazisindən keçən hissəsində problemlərin yaşanmaması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilmişdir.
Ümumilikdə keçirilmiş səyyar qəbullarda 550 nəfər rayon sakini iştirak etmişdir.
 

Keçidlər