Laçın Rayonu İcra Hakimiyyəti başçısının Beyləqan rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir
2015-ci il 28 fevral tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısının Beyləqan rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 55 nəfər rayon sakininin iştirak etdiyi görüş-səyyar qəbul Beyləqan şəhərində Laçın rayonunun Qarıkaha kənd tam orta məktəbinin binasında keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun bütün idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 9 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirlərinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Tədbirdə iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirmişlər.