Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının qrafik üzrə növbəti səyyar qəbulu keçirildi.

27 fevral 2015 | 16:00

2015-ci il 27 fevral  tarixdə günün birinci yarısı Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov tərəfindən vətəndaşların növbəti qəbulu  keçirildikdən sonra, günün ikinci yarısında Taxtakörpü ərazisindəki Qayğı qəsəbəsində növbəti səyyar qəbul keçirilmişdir. Təşkil olunmuş həmin səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun bütün idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 60 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.  Vətəndaşların həmin müraciətləri üzrə aidiyyəti üzrə tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür. Səyyar  qəbulda iştirak  edən rayon sakinləri onların  müraciətlərinə diqqətlə  yanaşıldığına  görə  Rayon İcra  Hakimiyyətinin  başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər