Şriftin ölçüsü :

Saytın rəngi :

Taxtakörpü qəsəbəsində tibbi müayinə uğurla davam etdirilir

16 fevral 2015 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün vətəndaşları kimi Ağcabədi rayonu ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərin də tibbi müayinədən keçirilməsi uğurla həyata keçirilir.

Laçın rayon əhalisinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanı müvəffəqiyyətlə yerinə yetirmək üçün idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib, xüsusi komissiya yaradılıb, iş qrafiki tərtib edilib. Respublikanın 59 şəhər və rayonunda məskunlaşmış laçınlı məcburi köçkünlərin tibbi müayinəsi 24 tibb məntəqəsində və Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Laçın rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində aparılır. Poliklinikada Ağcabədi rayonunda məskunlaşmış 10 min nəfərdən çox sakinin müayinə olunması nəzərdə tutulur. Bu gündəlik 11 idarə, müəssisə kollektivi də daxil olmaqla 558 nəfər sakin müayinə edilib.

Bundan başqa iki həkim briqadası tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə tibbi xidmət göstərilir. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunurlar.

Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanıb. Rayon sakinləri həkim heyətindən, yaradılan şəraitdən razılıq ediblər. Bu aksiya əhalinin sağlamlığına göstərilən qayğı kimi yüksək qiymətləndirilib, bunun üçün dövlətimizin başçısına minnətdarlıq ediblər.

Keçidlər