Rayonun tarixində ilk dəfə olaraq qəbiristanlıqda iməcilik təşkil olundu.
24 yanvar 2015-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun təşəbbüsü ilə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən, 10 dan çox kəndin sakinlərinin əzizlərinin uyuduğu qəbiristanlıqda təmizlik məqsədilə iməcilik təşkil olunmuşdur. İməcilikdə dünyasını dəyişənlərin yaxınları ilə yanaşı bütün kənd sakinləri, rayonun idarə, müəssisə işçiləri iştirak etmiş və müxtəlif texnikalar da cəlb olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun da iştirak etdiyi iməcilikdə qəbirlərin ətrafı, eyni zamanda qəbiristanlığın bütün ərazisi kollu bitkilərdən təmizlənmiş, texnikalarla ərazidən uzaqlaşdırılmaqla yandırılmışdır.
Rayon İcra Hakimiyyəti başçısının bu təşəbbüsü bütün rayon sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.
Belə iməciliklərin növbəti kənd qəbiristanlıqlarında davam etdirilməsi nəzərdə tutulmuşdur.