Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə İsmayıllı şəhərində növbəti görüş-səyyar qəbul keçirildi.

16 dekabr 2014 | 16:00

     Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun vətəndaşlarla növbəti  səyyar qəbulu  16 dekabr  2014-cü il tarixdə İsmayıllıda Rayon Təhsil Şöbəsinin iclas zalında keçirilmişdir. İsmayıllı rayonu   ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərdən  120 nəfərdən çox rayon sakininin  iştirak etdiyi  görüşdə çıxış edən  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkə  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  məcburi köçkünlərə olan hərtərəfli  diqqət və qayğıdan ətraflı söhbət açaraq digər bölgələrdə olduğu kimi, İsmayıllı rayonu ərazisində də məskunlaşan məcburi köçkünlər üçün yaradılmış şəraitdən ətraflı danışmışdır.
      Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına  dərin minnətdarlıqlarını bildirmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müasir ordu quruculuğunun inkişafından razı qaldıqlarını və tezliklə yağı düşməndən ata-baba yurdlarının azad ediləcəyinə əminliklərini bildirmişlər.
    Səyyar qəbulda  20 nəfər rayon sakini  çıxış edərək onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciət etmişlər. Səyyar qəbulda  əsas məsələ kimi məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, xüsusilə məskunlaşdıqları ərazilərə yol, işıq, qaz xətlərinin çəkilməsi  və  köçkünlərin məşğulluğu ilə bağlı məsələlər qaldırılmışdır. Görüşdə  məcburi köçkünlər diqqətlə  dinlənilmiş və onların qaldırdıqları məsələlərin  həlli üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilmiş, həmin məsələlərin icrası nəzarətə götürülmüşdür.
         Məcburi köçkünlərlə görüş-səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Adminİstrasiyasının məsul işçisi  Aqşin Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd  Sadıqov və Laçın Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın müvafiq şöbə müdirləri, aidiyyəti idarə müəssisə rəhbərləri iştirak etmişlər.

Keçidlər