Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmişlər.

12 dekabr 2014 | 16:00

12 dekabr 2014-cü il tarixdə Azərbaycan xalqının unudulmaz oğlu,  ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon sakinlərinin  daha sıx məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü qəsəbəsində geniş anım mərasimi keçirilmişdir. Çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri və məktəblilər  Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu Öndər Heydər Əliyevin büstü qarşısına toplaşaraq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.   Ulu Öndərin büstü önünə rayon İcra Hakimiyyəti adından əklil qoyulmuş, rayon sakinləri tərəfindən qərənfillər   düzülərək  xatirəsi ehtiramla yad edilmişdir. Sonra  mərasim Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında  davam etdirilmişdir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan mərasimdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dünya siyasətçiləri arasında tutduğu xüsusi mövqeyindən,   xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açaraq, müasir Azərbaycan dövlətinin Heydər Əliyevin  əvəzedilməz strategiyası ilə, bu gündə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında  uğurla inkişaf edərək dünyada layiqli yerini tutmasını xüsusilə vurğulamışdır.
Mərasimdə çıxış edən rayon ağsaqqalları Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə bir daha nəzər salmış, onun möhkəm iradəyə, mahir diplomatiya və idarəçilik qabiliyyətinə, geniş zəkaya, yüksək insanpərvərlik xüsusiyyətlərinə malik olmasından ətraflı söhbət açmış əziz xatirəsi önündə baş əydiklərini  bildirmişlər. Eyni zamanda onlar istər Sovetlər İttifaqında, istərsə də müstəqillik illərinin ilk dövründə respublikamızda qazanılmış uğurların başlıca təşkilatçısı və səbəbkarı Ulu Öndər Heydər Əliyev olduğunu xüsusilə vurğulanmış, Ulu Öndərin əziz xatirəsinin tərəqqipərvər bəşəriyyətin yaddaşında əbədi yaşayacağını qeyd etməklə, hələ xalqımıza onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm qələbələr gətiriləcəyi bildirilmişdir. Həmçinin qəti əminliklə vurğulanmışdır ki, ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ məsələsi,  yağı düşmən tərəfindən işğal olunmuş tarixi torpaqlarımız ölkə Prezidentinin apardığı qətiyyətli və dönməz siyasət sayəsində tezliklə işğaldan azad ediləcək, respublikamızın ərazi bütövlüyü təmin edilməklə bütün köçkünlər öz ata-baba yurdlarına dönəcəklər.
Mərasimdə Ulu Öndər Heydər Əliyevin ruhuna Quran ayələri oxunmuş, Allahdan rəhmət dilənmişdir. Anım mərasimi rayon sakinlərinin Ulu Öndər Heydər Əliyevə  daimi sevgi və ehtiramlarının olduğunu, həmçinin  ümummilli lider  Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını göstərməklə, əvəzolunmaz ideyalarının  dövlətimizin inkişafı və tərəqqisi yolunda əbədi mayaka çevrildiyini göstərmişdir.

Keçidlər