Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar müşavirə keçirildi.

18 noyabr 2014 | 16:00

Səyyar müşavirə Bakı şəhərində fəaliyyət göstərən Laçın rayon ümumtəhsil məktəblərinin direktorlarının və rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə 18 noyabr  2014-cü il tarixdə Bakı şəhərində keçirilmişdir.
Müşavirədə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov qeyd etmişdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Laçın rayonunun göstəriciləri ümumrespublika göstəricilərindən yüksək olmuşdur. Bu özü-özlüyündə müsbət fakt olsa da heç kimdə arxayınçılıq yaratmamalıdır. Çünki müstəqil respublikamız digər sahələrlə yanaşı təhsil sahəsi üzrə də dünyanın mütərəqqi təhsil sisteminə inteqrasiya etməkdədir. Biz də ölkə təhsilinin tərkib hissəsi olaraq bu prosesdən kənarda qala bilmərik. Bu gün Azərbaycanda təhsilin inkişafı dövlətin və hökumətin qarşısında dayanan prioritet məsələlərdən biridir. Biz bütün imkanlardan maksimum dərəcədə yararlanmaqla təhsilin inkişafına öz töhfəmizi verməliyik. Eyni zamanda gənclərimizin hərbi biliklərə yiyələnmələri istiqamətində apardığımız işləri daha da gücləndirməli, bu sahədə uğurlu nəticələr əldə etməliyik. Artıq bu sahədə görülən işlər ilkin bəhrəsini verməkdədir. Belə ki, bu ilki qəbul imtahanlarında xeyli sayda laçınlı gənc müxtəlif təyinatlı ali hərbi məktəblərə və hərbi liseylərə imtahan verərək oraya daxil olmuşlar. Ancaq əldə olunanlarla kifayətlənmək olmaz. Torpaqları işğala məruz qalmış bir ölkənin vətəndaşları olaraq biz elmin bütün istiqamətləri üzrə yüksək biliklərə yiyələnməliyik. Çünki müasir dünyada elmə yiyələnmədən heç bir sahədə müvəffəqiyyət qazanmaq olmaz. Biz bütün gücümüzü səfərbər edərək Laçın təhsilinin daha da qabağa getməsinə nail olmalıyıq. Bundan başqa yolumuz yoxdur. Rayon məktəblərinin direktorlarından tələbimiz və tövsiyəmiz odur ki, bütün səylərini bu istiqamətə yönəldərək gənclərimizin mükəmməl şəkildə elmi biliklərə yiyələnmələrinə nail olsunlar və unutmasınlar ki, torpaqlarımızın işğaldan azad olunması ancaq bu yoldan keçir.
  Sonra ayrı-ayrı məktəb direktorları çıxış edərək rəhbərlik etdikləri təhsil müəssisəsinin göstəriciləri haqqında məlumat verdilər.
Müşavirənin sonunda mövcud imkanlardan istifadə edərək daha böyük nailiyyətlər qazanmaq  üçün məktəb direktorlarına  rayon rəhbərliyi tərəfindən müvafiq tapşırıq və tövsiyələr verildi.

Keçidlər