Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi ilə tədbir keçirildi.

21 noyabr 2014 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi ilə bağlı Laçın rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı ilə birlikdə  toplantı keçirildi. Toplantı laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü ərazisində baş tutub.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev parkında ağac əkmə aksiyası keçirdikdən  sonra Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Sonra  tədbir  Rayon İcra Hakimiyyətinin  iclas zalında davam etdirilmişdir. Tədbiri Laçın rayon  İcra hakimiyyətinin başçısı Akif Səlimov giriş sözü ilə açdı və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yada edildi.  YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli məruzə ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini vurğuladı. Qeyd olundu ki,  Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.
Tədbirdə digər çıxış edənlər Murad Hüseynov, Tahir Bayramov, İradə Həsənova və Balay Bəndəliyev  xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş gənc üzvlərə üzvlük vəsiqələri təqdim olundu.

Keçidlər