Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı günüdür

24 iyun 2024 | 15:10

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
            Danılmaz həqiqətdir ki, şəxsi nümunəsi ilə hər bir dövlət qulluqçusuna örnək olan Ulu öndər Heydər Əliyevin  Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda müstəsna xidmətləri olmuşdur. Bu uğurlu siyasətin bu gün də Ulu öndər      Heydər Əliyevin ən  layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ləyaqətlə  davam etdirilməsi, şəxsi keyfiyyətləri ilə xalqa və dövlətə xidməti xalqımız tərəfindən həmişə razılıq hissi ilə qarşılanır.
   Hər bir dövlət qulluqçusu  dövlət qulluqçusu andına daim sadiq qalmalı, Azərbaycan dövlətinin onun qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirməlidir.  Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır".
     Bu gün Laçın  rayonunun dövlət qulluqçuları da ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında xalqımıza xidmət etməkdən  şərəf və qürur hissi ilə dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edirlər.
            Hər il olduğu kimi bu ildə  Dövlət Qulluqçularının Peşə Bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizin bir  sıra dövlət  qulluqçuları ilə yanaşı Laçın Rayon İcra Hakimiyətinin məsul əməkdaşı Qəzənfər Aydın oğlu Abbaszdənin  də “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif edilməsini bütün  laçınlı dövlət qulluqçularının əməyinə verilən qiymət kimi dəyərləndirir, bu diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

           Bütün dövlət qulluqçularını  peşə bayramı günü münasibətilə  təbrik edir, çətin və şərəfli peşələrində uğurlar arzulayırıq.

Keçidlər