Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr - Konstitusiya günü qeyd olundu.

12 noyabr 2014 | 16:00

   12 noyabr 2014-cü il tarixdə Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü qəsəbəsində Konstitusiya Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Sonra  tədbir  Rayon İcra Hakimiyyətində  davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  açıq elan etdikdən sonra, bütün xalqımızı, tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik etmiş,  hər il olduğu kimi, bu il də xalqımızın Konstitusiya Gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş yeni konstitusiyanın qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə və çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslandığını bildirmişdir.
Tədbirdə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının yaradıcısıdır” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə və çıxışlarda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycanın yaradılmış ilk Konstitusiyasının ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdığı, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünyada nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə olduğu xüsusilə vurğulanmışdır. Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu Konstitusiyanın müddəalarından istifadə edərək tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.

Keçidlər