Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində ağacəkmə kompaniyası keçirilmişdir.

08 noyabr 2014 | 16:00

Rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları, rayonunun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının  fəaliyyət göstərdiyi Taxtakörpü qəsəbəsi ərazisində 08 noyabr 2014-cü il tarixdə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumirespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kompaniyası keçirilmişdir. Qəsəbə ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün parklarda, idarə, müəssisə və təşkilatların həyətlərində, 552 ailəlik qəsəbədə keçirilmiş ağacəkmə kompaniyasında  rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrinin işçiləri, həmçinin qəsəbə sakinləri həvəslə iştirak etmiş, 600-ə yaxın    ağac əkilmişdir. Ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunmuş, sakinlərin xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib və suvarılmışdır.
         Ərazidə keçirilən ağacəkmə kompaniyası bütün qəsəbə sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

            Qəsəbə ərazisində ağacəkmə kompaniyası davam etdirilir.

Keçidlər