Laçınlı məcburi köçkünlərlə Gəncə şəhəri Hacıkənd qəsəbəsində növbəti görüş-səyyar qəbul keçirildi.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun vətəndaşlarla növbəti səyyar qəbulu 07 noyabr 2014-cü il tarixdə Gəncə şəhəri ərazisində Hacıkənd qəsəbəsində keçirilmişdir. Gəncə şəhəri ərazisində müvəqqəti məskunlaşmış 65 nəfərdən çox rayon sakinlərinin iştirak etdiyi görüşdə, çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərə olan hərtərəfli diqqət və qayğıdan ətraflı söhbət açaraq digər bölgələrdə olduğu kimi, Gəncə şəhərindədə məcburi köçkünlər üçün yaradılmış şəraitdən danışmışdır.
Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müasir ordu quruculuğunun inkişafından razı qaldıqlarını və tezliklə yağı düşməndən ata-baba yurdlarının azad ediləcəyinə əminliklərini bildirmişlər.
Səyyar qəbulda 7 nəfər rayon sakini onları narahat edən müxtəlif problemlərlə bağlı müraciət etmişlər. Görüşdə əsas məsələ kimi Gəncə şəhərinə yaxın ərazidə salınmış yeni qəsəbədə əlavə iş yerlərinin açılması məsələsi qaldırılmışdır. Məcburi köçkünlər diqqətlə dinlənlənilmiş və onların qaldırdıqları məsələlərin həlli üçün aidiyyəti üzrə konkret tapşırılqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
Görüş-səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının məsul işçisi Aqşin Əliyev və Rayon İcra Hakimiyyəti başçısnın müavinləri, aparatın müvafiq şöbə müdirləri iştirak etmişdir.