Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində növbəti iməcilik keçirildi.
Rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları, rayonunun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının fəaliyyət göstərdiyi Taxtakörpü qəsəbəsi ərazisində 01 noyabr 2014-cü il tarixdə iməcilik keçirilmişdir. Qəsəbədəki parklarda, idarə, müəssisə və təşkilatların həyətlərində, küçələrdə, meydanlarda və 552 ailəlik qəsəbədə keçirilmiş iməcilikdə rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrinin işçiləri, həmçinin qəsəbə sakinləri iştirak etmiş, ərazidə təmizlik işləri aparılmışdır.
Ərazidə keçirilən iməcilik bütün qəsəbə sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.
Qəsəbə ərazisində hər həftənin şənbə günləri belə iməciliklərin keçirilməsi nəzərdə tutulmuşdur.