Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkün uşaqlar tibbi müayinədən keçirilir.

28 oktyabr 2014 | 16:00

     “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkün uşaqların tibbi müayinəsi mütəşəkkil qaydada davam etdirilir.
İcbari dispanserizasiya uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması, uşaqların xəstəliklərdən qorunması məqsədi daşıyır. Uşaqların icbari dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsini təmin etmək üçün rayon poliklinikasında lazımi şərait yaradılıb, pediatr, kardioloq, otolarinqoloq, oftalmoloq, laborant və digər ixtisaslı həkimlərin ibarət 2 səyyar qrup yaradılıb. Tibbi müayinə Taxtakörpü qəsəbəsində və əraziyə yaxın yaşayış məntəqələrdə, əsasən ümumtəhsil məktəblərində və uşaq bağçalarında həyata keçirilir. İndiyədək 957 uşaq müayinə olunub. Müayinələr zamanı 72 uşaqda müxtəlif xəstəliklər aşkar edilərək müalicəyə cəlb edilib. Müayinə olunanlar arasında ən çox tənəffüs üzvləri, həzm sistemi, nevroloji və qurd xəstəlikləri müşahidə olunur. Bəzi xəstələr müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.
     Dekabrın sonunadək Taxtakörpü ərazisində yaşayan 5 minə yaxın məcburi köçkün uşağın tibbi müayinədən keçirilməsi nəzərdə tutulur.
    Uşaqların tibbi müayinədən keçirilməsi rayon sakinləri tərəfindən razılıqla qarşılanıb

Keçidlər