Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir.
2014-cü il oktyabrın 21-də Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzində yeni ailə quran cütlüyün nikah mərasimi keçirilmişdir.
Yeni ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, abidənin önündə xatirə şəkilləri çəkdirmişlər. Sonra Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin – Laçın rayon Nurəddin kənd sakini Nəcəfov Elnur Novruz oğlu və Laçın rayon Nurəddin kənd sakini Məmmədova Gülşən Saleh qızının nikah aktlarının imzalanması mərasimi olmuşdur.
Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Cabir Əvəzzadə ailə həyatı quran cütlüyə rayon rəhbərliyinin təbriklərini çatdırmış, onlara xoşbəxtlik və səadət arzulamışdır.
Gənclər Heydər Əliyev Mərkəzində keçirilən bu nikah mərasimini ailə həyatlarının ən xoşbəxt anı kimi daim xatırlayacaqlarını bildirmişlər.