Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin doqquz ayı ərzində Laçın rayonunda görülmüş işlər və qarçıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.

13 oktyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü  ilin 9 ayının sosial– iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər və rayonda görülmüş işlərlə bağlı Laçın rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 13 oktyabr 2014-cü il tarixdə geniş iclas keçirilmişdir.
      Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri  Rayon İcra Hakimiyyətinin  inzibati binası  qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.      Yığıncağı  giriş  sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif  Səlimov gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir.  Məruzədə ötən dövr ərzində  ölkə Prezidentinin  rəhbərliyi  altında respublikada və  rayonda  görülmüş  işlər, əldə olunmuş nailiyyətləri ətraflı təhlil etmiş, qarşıda duran vəzifələrdən danışmış, ölkəmizin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə yaradılmış şərait barədə tədbir iştirakçılarına geniş məlumat verilmiş, Həmçinin məruzədə bildirilmişdir ki,  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən respublikanın müxtəlif rayon və şəhərlərində rayonun məcburi köçkün  sakinlərinin daha sıx məskunlaşdıqları  ərazilərdə  6466 nəfər rayon  sakininin  iştirakı ilə 76 yerdə səyyar qəbul-görüşlər keçirilmiş, həmçinin bu qəbullarda 788 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Bu  qəbullarda rayon sakinlərinin  mövcud problemləri öyrənilmiş, sahələr üzrə təsnifatlar aparılmışdır.   Məruzədə cari ilin ötən dövrü ərzində rayonda görülmüş işlər ətraflı təhlil olunmuş, rayonun icra strukturları və idarə müəssisələrinin fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta körpü ərazisində həyata keçirilmiş işlər, ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin bundan sonra da tələb olunan səviyyədə yerinə yetiriləcəyi bildirilmişdir.
     Məruzə ətrafında aidiyyatı üzrə idarə-müəssisə rəhbərləri  çıxış edərək 2014-cü ilin ötən dövrü ərzində rəhbərlik etdikləri sahələr üzrə əhaliyə göstərilən xidmətlər  haqqında,  habelə ötən ilin müvafiq dövrü ilə müqayisədə işlərində olan müsbət dəyişiklikləri konkret rəqəmlərlə tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.

Keçidlər