Şriftin ölçüsü :

Saytın rəngi :

22 Noyabr - ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi

22 noyabr 2023 | 16:58

           Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli 566 nömrəli Sərəncamı ilə təsis edilmiş 22 noyabr-ədliyyə işçilərinin peşə bayramı günü ölkəmizin bütün bölgələrində olduğu kimi laçınlı  köçkünlərin  müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində də qeyd olunmuşdur.

       Tədbirdə Laçın Rayonunun   İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Mirzəyev, Laçın Rayon Məhkəməsinin sədri Cavad İbrahimov və Laçın Rayon Prokuroru İlqar Səadətov, Laçın Rayon Polis şöbəsinin rəis müavini Faiq Salahov   idarə, müəssisə  rəhbərləri və ictimaiyyət nümayəndələri  iştirak etmişlər.

Tədbir iştirakçıları    əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummilli lider  Heydər Əliyevin büstünü ziyarət edərək  önünə tər güllər düzərək, Ulu öndərin əziz xatirəsini ehtiramla  yad etmişlər.

    Tədbirdə, Laçın Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Mirzəyev   rayonun  ədliyyə işçilərini peşə bayramı münasibətilə  təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Rayon rəsmisi  vurğulamışdır ki, ötən 105 ildə böyük inkişaf yolu keçən Azərbaycan ədliyyəsi mühüm nailiyyətlər qazanıb.

    Qeyd olunub ki, Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılıb, ölkəmizdə yeni üçpilləli məhkəmə sistemi bərqərar olub.

    Eyni zamanda bildirilib ki, Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair ölkə  Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, habelə  bu sahənin müasir çağırışlara uyğun inkişafı təmin edilmişdir. Rayon rəsmisi xüsusilə bildirmişdır ki, bu il oktyabrın 15-də Prezident, müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev Ağdərədə, Əsgəranda, Xocalıda və Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldırıb ki, bununla da  dövlətimizin suverenliyi tam bərpa olunmuşdur.

      Eyni zamanda  tədbirdə Laçın Rayon Məhkəməsinin sədri Cavad İbrahimov və Laçın Rayon Prokuroru İlqar Səadətov Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda davamlı tərəqqinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu bildirmiş,  Azərbaycan Prezidentinin ədliyyə sisteminə yüksək diqqət və qayğısının daha bir təzahürü kimi  2023-cü il 21 noyabr tarixli sərəncamlarına əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilməsinə  və ali xüsusi rütbələrə layiq görülməsinə görə minnətdarlıqlarını bildirmişlər.  

 

Keçidlər