Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə laçınlı köçkünlərlə növbəti səyyar qəbul- görüş keçirildi.

03 oktyabr 2014 | 15:00

  2014-cü il 3 oktyabr tarixində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun, rayonun aidiyyəti idarə müəssisə rəhbərlərinin iştirakı ilə, Tərtər rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə rayonun Ələsgərli kəndində  səyyar qəbulu  keçirilmişdir. Həmin ərazidə fəaliyyət göstərən Laçın rayonunun Nərimaniyə kənd ümumi  orta məktəbində keçirilən görüşdə  54 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir. Qeyd olunmalıdır ki, hazırda Tərtər rayonunun Ələsgərli kəndi  ərazisində faktiki olaraq  38 ailə, 133 nəfər laçınlı məcburi köçkün məskunlaşmışdır.
            Görüşdə çıxış edən  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə  məcburi köçkünlərə göstərilən hərtərəfli  diqqət və qayğıdan ətraflı söhbət açaraq, respublikanın digər bölgələrində olduğu kimi Tərtər rayonu ərazisində məskunlaşmış köçkünlərin də  yaşayış şəraitinin və məşğulluğunun  yaxşılaşdırılmasının  daim ölkə başçısının diqqət mərkəzində olduğunu bildirmişdir. Həmçinin rayon rəhbəri çıxışında ölkənin sürətli sosial –iqtisadi inkişafından söz açaraq, hazırda ölkəmizin hərb sahəsində yüksək irəliləyişlərə nail olduğunu, insanların xüsusilə gənclərin orduya marağının artdığını, vətəndaşlarda   hərbi - vətənpərvərlik hislərinin  daha da gücləndiyini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərli altında torpaqlarımızın tezliklə yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusilə vurğulayaraq hər bir köçkünün  ata-baba yurduna dönəcəyinə əminliyini bildirmişdir.
    Laçınlı məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına  dərin minnətdarlıqlarını bildirərək son illər rayon rəhbərliyinin onlarla mütəmadi olaraq görüşlər keçirilməsindən, müəyyən məsələlərlə bağlı müraciətlərinə həssaslıqla yanaşılaraq köməklik olunmasından razı qaldıqlarını bildirmişlər.       Səyyar qəbulda iştirak edən sakinlərdən  13 nəfəri  onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciət etmişlər. Qaldırılmış məsələlər  dinlənilərək onların həlli üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
  Sonda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov yeni dərs ilinin başlaması ilə bağlı Laçın rayonunun Nərimaniyə kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşmüş, məktəbin fəaliyyəti  ilə yaxından tanış olmuşdur.

Keçidlər