Laçın rayon rəhbərliyinin Qaradağ rayonunun Ümid qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi.
23 sentyabr 2014- cü il tarixində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Bakı şəhər Qaradağ rayonunun Ümid qəsəbəsində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərlə səyyar qəbul-görüş keçirilmişdir.
7 saylı Lçaın tam orta məktəbin binasında 80 nəfər laçınlı məcburi kpçkünün iştrakı ilə keçirilən görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bildirmişdir ki, bu gün demək olar ki, olkəmizdə olan bütün qaçqın bə məcburi köçkünlər, o cümlədən də laçınlı məcburi köçkünlər bütünlüklə dövlət qayğısı ilə əhatə olunmuşlar. Bu qaygının nəticəsidir ki, bu gün 7 saylı Laçın tam orta məktəbinin müəllim və şagird kollektivi üçün belə yaraşıqlı və müasir tələblərə cavab verən məktəb binası istifadəyə verilmişdir. Bu gün Azərbaycan təkcə qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı ilə deyil, həm də torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində göstərdiyi diplomatik və digər səylərlə dünya dovlətlərinin diqqətini cəlb etməkdədir. Yaxın günlərdə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusunun türk hərbiçiləri ilə birlikdə keçirdiyi irimiqyaslı təlimlər bir daha gostərdi ki, biz torpaqlarımızın uzun müddət işğal altında qalması ilə barışmayacağıq və məqam yetişən anda dövlət sərhədlərimizin bütövlüyünü təmin edəcəyik və bunu etməyə qadir ordumuz vardır. Mən təcrübəsi olan və gedən proseslərdən kifayət qədər baş çıxaran bir adam kimi sizi əmin edirəm ki, biz yaxın zamanlarda doğma Laçınımıza qayıdacağıq. Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu və Avropanın enerji təhcizatında getdikcə artan rolu bizi hər gün doğma torpaqlarımıza yaxınlaşdırır desək yəqin ki, səhv etmərik. Biz XX əsrin sonlarında baş verən müharibədə bizdən asılı olmayan səbəblərdən məğlub duruma düşsək də, bu gün regionun inkişaf etmiş dövləti kimi, istənilən problemləri həll etməyə qadir bir dövlətə malikik.
Qeyd olundu ki, dövlətimizin yaxından köməkliyi ilə 2007-ci ildə Ümid qəsəbəsi ərazisində Laçın rayonunun Mişni kəndindən olan 114 məcburi köçkün ailəsi üçün bütün kommunal şəraitə malik fərdi yaşayış evləri tikilərək onların istifadəsinə verilmiş, cari ilin avqust ayında isə Qaradağ rayonunun Ümid və Sahil qəsəbələrində müvəqqəti məskunlaşmış 200 məcburi köçkün ailəsi üçün Ümid qəsəbəsində salınmış hündürmərtəbəli yaşayış binaları istifadəyə verilmiş, artıq 160 ailə həmin binalara köçürülmüşdür.
Görüş-səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən qayğıya və yaradılan normal yaşayış şəraitinə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər, bir sıra məsələlərlə bağlı öz təkliflərini verdilər.
Keçirilən görüş-səyyar qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aidiyyatı təşkilatlarln nümayəndələri iştrak etmişlər.
Görüş-səyyar qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 7 saylı Laçın tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşdü, yeniyetmə və gənclərin hərbi təhsil müəssislərinə istiqamətləndirilməsi və sair mövzularda onlarla açıq fikir mübadilələri aparıldı, qarşıda duran vəzifələr ətraflı müzakirə edildi.