Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının qrafik üzrə növbəti qəbulu keçirildi.

19 sentyabr 2014 | 15:00

2014-cü il 19 sentyabr  tarixdə Laçın Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında təşkil olunmuş qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun bütün idarə,müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.
Qəbul zamanı Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov qəbula gəlmiş 44 nəfər məcburi köçkünün müraciətlərini ətraflı dinləmişdir. Qəbulda müraciət etmiş vətəndaşlardan 12 nəfərinin müraciəti gün ərzində müsbət həll edilmiş, 32 müraciətə baxılması üçün aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Həmin qəbuldan sonra Laçın Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov qəbulda bir neçə nəfər tərəfindən səsləndirilmiş müraciətlərlə bağlı həmin vətəndaşların  evlərində olmuş, onların qayğı və problemləri ilə yerindəcə tanış olmuş, onların qaldırdıqları məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.

 

Keçidlər