Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Bilik Gününü sevinclə qeyd etdilər.

15 sentyabr 2014 | 15:00

15 sentyabr- Bilik Günü  bu ildə rayonun ümumtəhsil məktəblərində  təntənəli şəkildə qeyd olundu.
    Yeni dərs ilinin ilk günündə rayonun Taxta-körpü, 37 saylı və Düşərgə tam orta məktəblərində  olan Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov   rayonun bütün pedaqoji kollektivlərini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Məktəbinin kollektivləri ilə görüşündə rayon İcra Hakimiyyətinin başçısı rayon üzrə ali məktəbə 254 nəfərin qəbul olunmasını , 12 nəfərin 500-dən, 8 nəfərin isə 600-dən yuxarı bal toplamasını  yüksək qiymətləndirmiş, yeni dərs ilində bundan da yüksək göstəricinin əldə edilməsini arzulamışdır.
           2014-2015-cü dərs ilinə hazırlıqla əlaqədar hazırda rayon üzrə 121 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 4-ü ibtidai, 34-ü  ümumi orta,    83-ü tam orta məktəb, 5-i isə məktəbdənkənar təhsil müəssisəsidir. Hazırda bu məktəblərdə təhsil alacaq şagirdlərin  ümumi sayı  10226   nəfərdir ki, bunlardan da 1450   nəfəri  birinci sinfə gedən birincilərdir. Şagirdlərin  təlim-tərbiyəsi ilə    2572-ə yaxın  müəllim  məşğuldur ki, onlardan da 27  nəfəri yeni dərs ili ərəfəsində Təhsil Nazirliyinin  göndərişi  ilə  gəlmiş və işlə təmin edilmiş gənc müəllimlərdir.  Yeni dərs ili ərəfəsində rayonun ümumtəhsil məktəblərində 7-cı siniflərə dərs deyəcək  375  nəfər müəllim müvafiq regionlar üzrə təşkil edilmiş kurikulum təlim kurslarından keçmiş və lazımi sertifikatlar almışlar.
            Yeni tədris ilinə hazırlıqla əlaqədar rayon üzrə büdcə vəsaiti hesabına 21  məktəbdə əsaslı və cari təmir işləri aparılmışdır.

Keçidlər