Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində iməcilik keçirildi.

13 sentyabr 2014 | 15:00

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları, Laçın rayonunun icra strukturlarının, idarə, müəssisə və təşkailatlarının  fəaliyyət göstərdiyi Taxtakörpü qəsəbəsi ərazisində 13 sentyabr 2014-cü il tarixdə  iməcilik keçirilmişdir. Qəsəbədəki parklarda, idarə, müəssisə və təşkilatların həyətlərində, küçə və meydanlarda keçirilmiş iməcilikdə  rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrinin işçiləri, həmçinin qəsəbə sakinləri iştirak etmiş, ərazidə  təmizlik işləri aparılmışdır. Gün ərzində keçirilmiş iməcilikdə mindən artıq rayon sakini iştirak etmişdir.
Qəsəbə ərazisində hər həftənin şənbə günləri belə iməciliklərin  keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər