Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında seminar-müşavirə keçirildi.
1 sentyabr 2014-cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirədə məcburi köçkünlərə dövlət tərəfindən verilən yemək xərci müavinəti siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada tərtibi məsələləri sahəsində aparılan işlərin vəziyyəti, məcburi köçkünlərin elektrik enerjisi təchizatına, payız əkinlərinin tənzimlənməsinə, dövlət qulluqçularının etik davranış qaydalarına, kadrların seçilib yerləşdirilməsinə dair məsələlər ətrafında ətraflı müzakirələr aparılmış, bu sahələrdə qarşıda duran vəzifələrdən, həmçinin cari məsələlərdən geniş söhbət açılmış, tədbir iştirakçılarına müvafiq tapşırıqlar və tövsiyələr verilmişdir.
Seminar-müşavirə də çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimov qeyd etmişdir ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial problemlərinin həlli istiqamətində verdiyi tapşırıqların icrası daim əlaqədar dövlət orqanlarının nəzarətində olmuş, görülmüş tədbirlər nəticəsində məcburi köçkünlərimiz davamlı şəkildə dövlət qayğısı ilə əhatə edilmişdir. Bildirilmişdir ki, rayon rəhbərliyinin cari ilin avqust ayında Qəbələ və Bərdə rayonlarında laçınlı məcburi köçkünlərlə keçirilən görüşlərində çıxış edən məcburi köçkünlərin onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısına minnətdarlıq ifadə etmələri bilavasitə bunun bariz nümunəsidir.
Seminar-müşavirə açıq müzakirə şəraitində keçirilmiş, daha sonra seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.