Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə Bərdə rayonunda növbəti görüş-səyyar qəbul keçirildi.

29 avqust 2014 | 15:00

29  avqust 2014-cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Bərdə rayonunun Otuzikilər kəndində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü  keçirilmişdir. Laçın rayonunun Vəliuşaqlı kənd tam orta məktəbində təşkil edilmiş görüşdə  Bərdə rayonunun Otuzikilər kəndi ərazisində müvəqqəti məskunlaşmış rayon sakinlərindən 70  nəfəri iştirak etmişdir.
        Görüşdə çıxış edən  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə  məcburi köçkünlərə olan hərtərəfli  diqqət və qayğıdan ətraflı söhbət açaraq, bunun bariz nümunəsi kimi digər bölgələrdə olduğu kimi Bərdə rayonunda da məcburi köçkünlər üçün yaradılmış şəraitdən danışaraq ərazidə son dövrlərdə  Bərdə rayonu ərazisində 200-ə yaxın laçınlı məcburi köçkün ailəsinin rahat mənzillərlə təmin olunduğunu qeyd etmişdir.
       Qeyd olunmuşdur ki, hazırda faktiki olaraq  Bərdə rayonu Otuzikilər kəndi ərazisində Laçından 42 ailə 164 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
      Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına  dərin minnətdarlıqlarını bildirmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müasir ordu quruculuğunun inkişafından razı qaldıqlarını və tezliklə yağı düşməndən ata-baba yurdlarının azad ediləcəyinə əminliklərini bildirmişlər.
      Görüşdən sonra vətəndaşların səyyar qəbulu keçirilmişdir. Səyyar qəbulda  19 nəfər rayon sakini onları narahat edən müxtəlif problemlərlə bağlı müraciət etmişlər. Qaldırılmış məsələlər həssaslıqla dinlənilərək onların həlli üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
  Sonda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov yeni dərs ilinin başlaması ilə bağlı Laçın rayonunun Vəliuşaqlı kənd tam orta məktəbinin kollektivi ilə görüşmüş, dərs ilinə hazırlığın vəziyyəti ilə yaxından tanış olmuşdur.

Keçidlər