Laçın rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
25 avqust 2014-cü il tarixdə Laçın rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclasda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, həmçinin aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əhalinin həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə dövlət orqanları, xüsusilə icra strukturları qarşısında qoyduğu vəzifələri uğurla həyata keçirilir.
Şura iclasında Laçın rayonundan olan məcburi köçkün ailələri müvəqqəti məskunlaşdıqları ərazilərdə 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar yerlərdəki mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş müzakirə olunmuş, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
Şura iclasında çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkədə aparılan geniş quruculuq işlərindən danışaraq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məcburi köçkünlərə qayğısı nəticəsində Taxtakörpü ərazisində son illərdə görülmüş və gələcəkdə görülməsi nəzərdə tutulan işlərdən söhbət açmışdır.
İclasda ərazidəki sosial-iqtisadi xarakterli təkliflərə baxılaraq onların həll edilməsi istiqamətində lazımi tədbirlərin görüləcəyi vurğulanmış, bu məsələlərlə bağlı müvafiq qərar qəbul edilmiş, aidiyyəti məsul işçilərə lazımı tapşırıq və tövsiyələr verilmişdir.