Şriftin ölçüsü :

Saytın rəngi :

Mərasim evinin açılış mərasimi keçirildi.

19 avqust 2014 | 15:00

19 avqust 2014-cü il tarixdə Bakı şəhər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində laçınlı məcburi köçkünlər üçün inşa edilmiş, ümumi sahəsi 404 kvadrat metr, hər biri 220 nəfərlik olan biri kişilər, digəri isə qadınlar üçün nəzərdə tutulmuş iki zaldan, mətbəxdən və təsərrüfat otağından ibarət olan, zəruri inventarla təchiz edilmiş, hər cür şəraiti olan  bir mərtəbəli mərasim evinin açılışı keçirilmişdir. Xatırladaq ki, mərasim evi həmin ərazidə müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərin müraciəti əsasında, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və yaxından köməkliyi ilə inşa olunmuşdur.
Laçın rayon ictimaiyyəti nümayəndələrinin və ziyalıların iştirakı ilə baş tutan açılış mərasimində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edirdilər. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra,  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov giriş nitqi ilə tədbiri açıq elan etmişdir.
  Açılış mərasiminin iştirakçılarını salamlayan rayon rəhbəri qeyd etmişdir ki, bu gün istifadəyə verilən bu mərasim  evi bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının məcburi köçkünlərə olan diqqət və qayğısı sayəsində gerçəkliyə çevrilmişdir. Bu ərazidə məskunlaşan laçınlıların müraciəti əsasında bu layihənin həyata keçirilməsi üçün fəaliyyətə başlandığını və ilk olaraq torpaq sahəsinin ayrılması üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edildiyi bildirilmişdir. Müraciətə müsbət cavab verdiyinə və müvafiq torpaq sahəsinin ayrılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə göstəriş verdiyinə görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasova,  həmçinin bu binanın tikilməsində və zəruri avadanlıqla təchiz edilməsində köməyi olan hər bir şəxsə rayon rəhbərliyinin minnətdarlığı  bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, bu mərasim evi təkcə laçınlılar üçün deyil, bu ərazidə yaşayan Suraxanı rayon sakinləri üçün də nəzərdə tutulmuşdur. Rayon rəhbəri qəti əminliklə bildirmişdir ki, biz çox yaxın zamanlarda  cənab Prezidentimizin rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacaq və bundan da daha əzəmətli mərasim evlərini  Laçında inşa edəcəyik.
Sonra söz Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasova verildi. Tədbir iştirakçılarını salamlayan natiq bildirmişdir ki,  bu mərasim evinin  tikilməsi və məcburi köçkünlərin istifadəsinə verilməsi Ölkə Prezidenti İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısının nəticəsidir.  Suraxanı rayonu ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması rayon rəhbərliyinin əsas vəzifələrindən biridir.
Çıxış edən rayon ziyalıları, şəhid ailələri və Qarabağ əlilləri  məcburi köçkünlərə göstərilən qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda bütün tədbir iştirakçıları mərasim evinə daxil olaraq hər biri 220 nəfər üçün nəzərdə tutulmuş zallara və yardımçı otaqlara baxdılar, yaradılan şəraitlə yaxından tanış oldular.

Keçidlər