Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Laçın Rayon İcra Hakimiyyətində geniş tədbir keçirilib

07 may 2025 | 16:56

        7 may 2025-i il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin  inzibati binasının iclas zalında “Konstitusiya və Suverenlik İli”  ilə bağlı  geniş  tədbir keçirilib.

            Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin iştirakı ilə  keçirilən   tədbirdə   rayonun hüquq mühafizə orqanları, həmçinin, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, Vətən  müharibəsi qaziləri, müharibə iştirakçıları, habelə ictimaiyyət nümayəndələri   iştirak etmişlər. 

              Dövlət Himninin səsləndirilməsi  ilə başlayan tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.

              Sonra tədbirdə  giriş sözü ilə çıxış edən rayon rəhbəri     Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamın əhəmiyyətindən danışaraq bunun ölkəmizin hüquqi inkişafında mühüm mərhələ kimi qiymətləndirildiyini qeyd edib. Bildirib ki, bu qərar, hüquqi sistemin təkmilləşdirilməsi, vətəndaşların hüquqi biliklərinin artırılması və konstitusiya əsaslarının möhkəmləndirilməsi məqsədlərinə xidmət etməklə dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Rayon İcra Hakimiyyətinin başçısının çıxışında bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində qazanılan tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilərək Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi Azərbaycanın bütün ərazilərində tam bərqərar olmuşdur.

              Sonra tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevin “Konstitusiya və Suverenlik İli” ilə bağlı geniş məruzəsi dinlənilib.

           Məruzə ətrafında Laçın rayon prokuroru İlqar Səadətovun çıxışında qeyd olunub ki, Azərbaycan Respublikasının dövlətçiliyinin əsas prinsiplərindən biri suverenlik və konstitusiya hakimiyyətidir. Suverenlik bir dövlətin müstəqil siyasət yürütmək, daxili və xarici işlərini sərbəst şəkildə tənzimləmək hüququnu ifadə edirsə, konstitusiya isə dövlətin hüquqi əsaslarını, idarəçilik mexanizmini və vətəndaşların fundamental hüquqlarını tənzimləyən əsas qanundur. Bildirilib ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənməklə,  hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir.

                Məruzə ətrafında edilən digər çıxışlarda ölkəmizin son  32 illik inkişaf dövrünə nəzər yetirilərək görülmüş işlərdən fəxarət hissi keçirdiklərini  xüsusilə ölkə  Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən işğal altındakı torpaqlarımızın azad edilərək suverenliyimizin bərpası nəticəsində          konstitusiyamızın hüquqi qüvvəsinin bütün ölkə ərazisində tətbiqinə nail olunmasından qürur duyduqlarını vurğulamışlar.

Keçidlər