Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Laçın rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilmişdir.

14 mart 2023 | 16:52

     2023-cü il 14 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 3-cü bəndinin icrası ilə əlaqədar  Laçın rayonundan olan elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir təşkil edilmişdir.

            Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən  konfransda Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun qabaqcıl ziyalıları, hüquq mühafizə orqanlarının,  idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

           Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Laçın  Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı büstü önünə gül dəstələri qoyaraq, Ulu öndərin unudulmaz xatirəsini ehtiramla yad ediblər.

          Tədbirdə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

          Tədbiri giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli açaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı  iştirakçılara ətraflı məlumat verərək bildirmişdir ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Ümummilli lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etmiş, Azərbaycanı inkişaf yoluna çıxarmışdır. Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.

           Rayon rəhbərinin çıxışında o da qeyd olunub ki, son 20 ilə yaxın bir dövrdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirməklə müstəqilliyimizi möhkəmləndirərək  beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu daha da artırmış, qətiyyətli rəhbərliyi sayəsində torpaqlarımız erməni işğalçılarından azad edilərək bütün köçkünlərin torpaq həsrətinə son qoyulmuşdur.

            Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevin məruzəsi dinlənilmişdir.

            Tədbirdə məruzə ətrafında çıxış edənlər Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

             Sonda Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli vurğulamışdır ki,  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən silsilə tədbirlər il ərzində davam etdiriləcəkdir.

Keçidlər