Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Daşkəsəndə keçirilmişdir.

30 iyul 2014 | 15:00

30 iyul 2014-cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun rayon sakinləri ilə növbəti görüşü, səyyar – qəbulu Daşkəsən rayonunda keçirmişdir. Qəbulda 65 nəfər rayon sakini  iştirak etmişdir.
Qeyd olunmuşdur ki, yaz və yay mövsümü ilə əlaqədar olaraq şəxsi təsərrüfatımızda olan iri və xırda buynuzlu heyvanlarını saxlamaq üçün 105 ailə olmaqla 487 nəfər laçınlı köçkün müvəqqəti olaraq Daşkəsən yaylaqlarında məskunlaşmışlar .
Görüşdə rayon rəhbəri Akif Səlimov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən geniş quruculuq işlərindən danışaraq fermerlərə yaradılmış münbit şəraitin artıq öz bəhrəsini verdiyini, əhalinin ərzaq tələbatına olan ehtiyatının ildən-ilə yaxşılaşdığını ətraflı danışaraq  çıxışında bu sahəyə olan diqqət və qayğının nəticəsi kimi hazırda rayon sakinlərinin şəxsi  təsərrüfatlarında 33560 iri buynuzlu, 200050 baş xırda buynuzlu heyvan saxlanıldığını bildirmişdir. Görüşdə rayon sakinlərindən Dəmir Əzimov, Ehtiram Məmmədov, Bəyoğlan Verdiyev, Raqif Verdiyev və Atlıxan Alxanov çıxış edərək mövsüm ərzində onların şəxsi təsərrüfatında olan mal-qaranın saxlanılması üçün müvafiq örüş-otlaq sahəsinin ayrıldığını, rayon rəhbərliyindən mütəmadi olaraq sakinlərlə əlaqə saxlanılmasına minnətdarlığını bildirdilər.
Səyyar qəbul zamanı sakinlər yaylaq mövsümünün başlanmasından əvvəl Daşkəsən rayonunun əlaqədar təşkilatları ilə müqavilə bağlanmasına köməklik edilməsini bildirmişlər.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyəti idarə-müəssisə rəhbərlərinə tapşırıq verərək mövcud çətinliklərin aradan qaldırılmasına köməklik göstərilməsi  Rayon İcra Hakimiyyəti başçısı aparatında nəzarətə götürüləcəyini bildirmişdir.
Səyyar qəbul zamanı görüşdə Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, aparatın müvafiq şöbələrinin əməkdaşları və aidiyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.

Keçidlər