Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Ramazan Bayramını qeyd etdilər.

26 iyul 2014 | 15:00

26 iyul  2014-cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Ramazan bayramı münasibəti ilə əhalinin daha sıx məskunlaşdıqları Ağcabədi, Saatlı, Sabirabad, İmişli, Kürdəmir, Tərtər, rayonlarında və Şirvan şəhərində əhali ilə görüş keçirmişdir. Görüşdə məcburi köçkünlərin mövcud problemləri öyrənilmiş, imkansız ailələrə ərzaq yardımı  paylanmışdır. Belə tədbirlərin Laçın Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi təşkil olunduğunu bildirən laçınlı məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər