Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral - Gənclər Günü ilə bağlı rayon tədbiri keçirilmişdir

01 fevral 2024 | 16:19

      2024-cü il 1 fevral  tarixdə Laçın rayonunndan olan məcburi köçkünlərin  müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon Təhsil Şöbəsinin iclas zalında rayon gənclərinin iştirakı ilə 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilmişdir.

       Laçın Rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Laçın rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbir sektor müdiri Natiq Mustafayev tərəfindən açıq elan edildikdən sonra Ulu Öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi,  torpaqlarımızın müdafiəsi və azad olunması zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

        Tədbirdə Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev 2 Fevral  -  Gənclər Günü münasibəti ilə bütün gəncləri  təbrik edərək, onlara işlərində uğurlar arzulamış, çıxışında gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer  tutduğunu qeyd etməklə, bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün  Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldur.

     Xüsusilə qeyd olunmuşdur ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı erməni təxribatının qarşısının alınması zamanı 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə  imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

      Fəxarət hissi ilə vurğulanmışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə müraciətində qeyd etdiyi “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Məndə Sizə arxalanıram” ifadəsi ölkə gəncləri ilə yanaşı laçınlı gənclər tərəfindən də dərin razılıq və sevinclə qarşılanır. Hər zaman olduğu kimi bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunan   Laçın gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı müdrik siyasi fəaliyyətini birmənalı dəstəkləyirlər.

      Tədbirdə iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cabir Əvəzzadə çıxış edərək Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdıraraq, ölkəmizdə Azərbaycan gəncliyinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmış, 44 günlük Vətən müharibəsindəki Azərbaycan gəncliyinin şücaətindən bəhs edərək, Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu bildirmiş, bu gün də həmin siyasətin möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğulamışdır.

       Tədbirdə çıxış edən gənclər onlara dövlət səviyyəsində olan inam və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, daim Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, dövlət  başçısı ətrafında sıx birləşərək üzərlərinə düşən bütün vəzifələrin layiqincə yerinə yetirəcəklərini bildirdilər.

       Tədbirin sonunda bir qrup fəal gəncə Fəxri Fərmanlar təqdim olunmuşdur.

Keçidlər