Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2014-cü ilin I yarısında görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı geniş yığıncaq keçirilmişdir.

19 iyul 2014 | 15:00

18 iyul  2014-cü il tarixdə  Laçın Rayon İcra Hakimiyyətində  rayon ictimaiyyəti  nümayəndələrinin  iştirakı ilə  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının  sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn  vəzifələrlə əlaqədar Laçın rayonunda  görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı geniş yığıncaq keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri  Rayon İcra Hakimiyyətinin  inzibati binası  qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş və büstün önünə gül dəstələri qoyulmuşdür.             Yığıncağı  giriş  sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif  Səlimov gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir.  Məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ötən dövr ərzində  Möhtərəm ölkə Prezidentinin  rəhbərliyi  altında respublikada və  rayonda  görülmüş  işlər, əldə olunmuş nailiyyətləri ətraflı təhlil etmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Həmçinin məruzədə bildirilmişdir ki,  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən respublikanın müxtəlif rayon və şəhərlərində rayonun məcburi köçkün  sakinlərinin daha sıx məskunlaşdıqları  ərazilərdə  4270 nəfər rayon  sakininin  iştirakı ilə 48 yerdə səyyar qəbul-görüşlər keçirilmiş, həmçinin bu qəbullarda 521 nəfərvətəndaşın müraciəti dinlənilmişdir. Bu  qəbullarda rayon sakinlərinin  mövcud problemləri öyrənilmiş, sahələr üzrə təsnifatlar aparılmışdır.  Eyni zamanda bildirilmişdir ki, ötən müddət ərzində respublikanın əlaqədar bir çox  nazirlik, komitə rəhbərləri  ilə görüşərək,  Taxta-körpü ərazisində yeni qəsəbələrin tikintisinə 2014-cü ildə başlanılması, həmçinin laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdə  elektrik enerjisi, yol, içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı məsələ qaldırılaraq, icrasının reallaşdırılması üçün əməli tədbirlər  görülmüşdür.
Hesabat dövründə Taxta-körpü qəsəbəsi və məcburi köçkünlərimizin sıx məskunlaşdıqları digər ərazilərdə başlanılmış tikinti-abadlıq işləri  davam etdirilmiş, Qayğı qəsəbəsi Heydər Əliyev prospektində əhalinin rahat gedişi – gəlişini təmin etmək məqsədi ilə 2015 m istinad divarı hörülmüş, 1399 m beton bardür düzülmüş və 3171 m aqlay örtüklü səki tikilmişdir. Hazırda səkilərin kənarında metal məhəccərlərin qoyulması davam edir.  
Taxta-körpü ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həll olunması məqsədilə 4 ədəd transformator yenisi ilə əvəz olunmuş, 4 ədəd transformator əsaslı və 24 ədəd transformatorda isə cari təmir işləri aparılmışdır. Ərazidəki obalarda yararsız hala düşmüş beş min metr naqil yenisi ilə əvəz olunmuşdur.
     Məruzədə   şəhid, əlil və imkansız ailələrə müxtəlif ərzaq yardımlarının verilməsi, səyyar qəbulların mütəmadi keçirilməsi,  əhalinin içməli su təminatının yaxşılaşdırılması, təsərrüfat suyu və fasiləsiz elekrti enerjisi ilə  təmin olunması  məsələləri ətraflı təhlil olunmuş və Rayon İcra Hakimiyyətinin başçısı  irad və təkliflərin bildirmişdir.
Məruzə ətrafında Rayon Maliyyə şöbəsinin , Vergilər şöbəsinin müdirləri ,
Əhalinin Sosial Müdafıəsi Mərkəzinin direktoru və Laçın rayon İcra Hakimiyyəti başçısının  Hacıxanlı kənd ərazi dairəsi üzrə nümayəndəsi çıxış etmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 23 iyun Dövlət qulluqçularının peşə bayramı  günü ilə bağlı Dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının  Cağazur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahimov Ağəli İbiş oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdur. Həmin mükafat Rayon icra Hakimiyyətinin başçısı tərəfindən təqdim olunmuşdur.
       Yığıncaqda müzakirə olunan məsələlərlə  bağlı qərar qəbul olunmuşdur.

Keçidlər