Millətlərarası Multikulturalizm və dini məsələlərlə bağlı tədbir keçirildi.
23 iyun 2014-cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstünü ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuş, xalqımızın Ümummilli liderinə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tədbirin əhəmiyyətindən danışmışdır. Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanda yaşayan azsaylılara və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışaraq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılmış şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulmuş, dinlərarası ünsiyyət təmin edilmiş, Azərbaycan toleriant ölkə kimi bütün dünyaya nümunəyə çevrilmişdir.
Tədbir diskusiya xarakterində aparılmış, iştirakçıların fikir mübadiləsi üçün geniş şərait yaradılmışdır.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Akşin Əliyev iştirak etmişdir.