Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir

09 iyun 2014 | 15:00

2014-cü il iyunun 8-də Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzində yeni ailə quran cütlüyün nikah mərasimi keçirilmişdir.
Yeni ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, abidənin önündə xatirə şəkilləri çəkdirmişlər. Sonra Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin – Laçın rayon Fingə kənd sakini Abışov Nazir Mamed oğlu və Şuşa rayon Turşsu kənd sakini Quluyeva Mələk Yelmar qızının nikah aktlarının imzalanması mərasimi olmuşdur.
Laçın rayon İcra hakimiyyəti başçısı aparatının sektor müdiri Vahid  Cəfərov ailə həyatı quran cütlüyə rayon rəhbərliyinin təbriklərini çatdırmış, onlara xoşbəxtlik arzulamış və rayon İcra Hakimiyyəti adından qiymətli hədiyyə  təqdim etmişdir.
Gənclər Heydər Əliyev Mərkəzində keçirilən bu nikah mərasimini ailə həyatlarının ən xoşbəxt anı kimi daim xatırlayacaqlarını bildirmişlər.

Keçidlər