Laçın rayonunda meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilmişdir.
05 iyun 2014-cü il tarixdə Laçın Rayon Suvarma Sistemləri və Su-kanal idarələrinin kollektivləri meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü Laçın Rayon Suvarma Sistemləri və Su-kanal idarələrinin kollektivləri ziyarət olunaraq, önünə gül dəstələri qoyulmuşdur.
Tədbirdə iştirak edən Laçın rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkə melioratorları 2007-ci ildən başlayaraq, ulu öndərimiz Heydər Əliyev tərəfindən 1996-cı ildə "Meliorasiya və irriqasiya haqqında" qanunun imzalandığı 5 iyun gününün peşə bayramı kimi qeyd edildiyi bildirilmiş, meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramları münasibətilə onları təbrik etmiş, ümummilli lider Heydər Əliyevin meliorasiya və irriqasiyanın inkişafına verdiyi misilsiz töhfələrdən söhbət açmışdır. Tədbirdə 1993 - cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoyması və ölkədə meliorasiya və su təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi, yeni su anbarları və digər mühəndis texniki qurğuların istifadəyə verilməsinə Prezident İlham Əliyev tərəfindən də böyük diqqət və qayğı göstərildiyi xüsusi olaraq qeyd edilmişdir.
Tədbirin sonunda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə fəxri fərmanlar təqdim edilmişdir.