1 iyun dünyada uşaqların müdafiəsi günüdür
BMT Baş Assambleyasının 1950-ci iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında 1 iyunun dünyada uşaqların müdafiəsi günü kimi qeyd edilməsi qərara alınmışdır. Hazırda dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il bizim ölkəmizdə də qeyd olunur. Uşaqlar ölkəmizdə əhalinin təxminən 30 faizini təşkil edir. Ölkə də uşaq və yeniyetmələrin təxminən 95 faizi təhsil alır.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində hazırda uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə lazımi şərait yaradılmış, çoxsaylı uşaq sağlamlıq mərkəzləri, uşaq bağçaları, müasir tipli məktəblər və istirahət guşələri fəaliyyətə başlamış, uşaq hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması üçün lazımi hüquqi baza yaradılmışdır. Bununla yanaşı bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkəmizin balaca sakinlərinə, eləcədə yeniyetmə və gənclərinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə uşaq və yeniyetmələrin hərtərəfli inkişafı üçün müvafiq məqsədyönlü tədbirlər görülmüş, bu sahədə xeyli irəliləyişlərə nail olunmuşdur.
1 iyun 2014-cü il tarixdə respublikanın hər bir guşəsində olduğu kimi laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbəsində də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilmişdir.
Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çoxsaylı uşaqlar, valideyn və müəllimlər, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdilər.
Tədbirdən əvvəl uşaqlar rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü və qəsəbədəki Şəhidlərin Abidə Kompleksini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra tədbir qəsəbədəki Heydər Parkında inşa olunmuş fəvvarənin ətrafında davam etdirilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevin rayonun balaca sakinlərini, eləcədə bütün tədbir iştirakçılarını 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Akif Səlimovun adından təbrik etmiş onlara sülh, əmin-amanlıq və firavanlıq arzulamışdır. Rayon İcra Hakimiyyəti rəsmisi çıxışında xüsusilə qeyd etmişdir ki, 22 il əvvəl rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 1071 uşağın bir valideynini, 31 nəfər uşağın isə hər iki valideynini itirməsi ilə yetim qalmış, digər sakinlərlə yanaşı uşaqlarında hüquqları kobudcasına pozulmuşdur. Lakin buna baxmayaraq bu gün ölkə Prezidenti cənab İlham Əliyevin laçınlı uşaq və yeniyetmələrə olan diqqət və qayğısı sayəsində hazırda rayonda uşaqların təlim tərbiyəsi ilə məşğul olan 131 ümumtəhsil məktəbi, 5 uşaq musiqi məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər idman məktəbi, Texniki Yaradıcılıq Mərkəzi, Uşaq şahmat məktəbi, həmçinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, 5 uşaq bağçası olduğu bildirilmişdir.
Sonra tədbirdə uşaqların hazırladıqları şən və yumoristik səhnəciklərə tamaşa edilmiş, rayonun Şamkənd uşaq musiqi məktəbinin şagirdlərinin ifasında rəngarəng mahnılar dinlənilmişdir. Şən musiqi sədaları altında keçən tədbir uşaqlarda yüksək bayram əhval-ruhiyyəsi yaratmışdır.