Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon ümumtəhsil məktəblərində Son zəng tədbiri keçirilmişdir.

01 iyun 2014 | 15:00

30-31 may 2014- cü il tarixdə respublikanın ümumtəhsil məktəblərində olduğu kimi Laçın rayonunun da ümumtəhsil məktəblərində XI sinif şagirdlərinin “son zəng” tədbirləri keçirilmişdir. “Son zəng” tədbirləri Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, reqlamentə uyğun olaraq saat 10:00-dan 13:00-dək, yalnız məktəb binalarında davam etdirilmişdir.
Laçın rayon İcra Hakimiyyətinin başçısı cənab Akif Səlimov  “Son zəng” tədbirləri ilə əlaqədar rayonun əvvəlcə Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbə tam orta,  37 nömrəli tam orta,  sonra isə Düşərgə qəsəbə tam orta məktəblərində olmuş, pedaqoji kollektivlərlə görüşmüşdür. Rayon rəhbəri “Son zəng” -lə bağlı pedaqoji kollektivləri, 11-ci sinif şagirdlərini və valideynləri təbrik etmiş, məktəbi bitirən şagirdlərə arzu və istəklərini bildirmiş, tövsiyələrini vermişdir. Rayon İcra Hakimiyyətinin başçısı məktəblərdə olarkən xüsusilə qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev strategiyasının ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində son illər ölkəmizin bütün sahələri ilə yanaşı təhsil sahəsində də yüksək inkişafa və irəliləyişlərə nail olunmuşdur. Eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin bütün məcburi köçkünlərlə yanaşı laçınlı məcburi köçkünlərə olan davamlı diqqət və qayğısından danışan rayon rəhbəri tərəfindən minnətdarlıqla vurğulamışdır ki, 24 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, xanımı Mehriban Əliyeva ilə birlikdə şərəfli ömür yolunun 50 ilinin tamam olduğu bir vaxtda, laçınlı məcburi köçkünlərini öz ailə üzvləri kimi dəyərləndirərək, məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxta körpüyə tarixi səfəri, ərazidə laçınlı məcburi köçkünlər üçün inşa olunmuş 552 ailəlik qəsəbənin və hazırda  məzunlarını müstəqil həyata yola salan 360 yerlik müasir məktəb binasının açılışında şəxsən iştirak etməsi rayonun tarixinə qızıl hərflərlə yazılmış və hər bir laçınlının qəlbində əbədi olaraq qürur və iftixar hissi yaratmışdır.
2013-2014-cü dərs ilində Laçın rayonu üzrə 121 ümumtəhsil məktəbi üzrə 10162 nəfər şagird təhsilə cəlb olunmuşdur. Bu il rayonun 83 tam orta məktəbini 636 nəfər məzun bitimişdir.

Keçidlər